Məktəblərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq

Məktəblərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq

Bakı, 22 sentyabr, AZƏRTAC

Bu gündən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada dərslər başlayır. Məktəblərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanılacaq.

Mənbə: azertag.az