Yeni Zelandiyada karantin rejimini pozanları böyük məbləğdə cərimə gözləyir

Tokio, 22 sentyabr, AZƏRTAC

Yeni Zelandiyanın hakimiyyət orqanları karantin qaydalarını pozan fiziki şəxsləri 4 min (2,8 min ABŞ dolları), hüquqi şəxsləri isə 12 min (8,5 min ABŞ dolları) Yeni Zelandiya dolları məbləğində cərimə edəcək.

AZƏRTAC Yeni Zelandiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardern onlayn-brifinq zamanı bəyan verib.

Hökumətin başçısı bildirib ki, Yeni Zelandiya COVID-19 ilə mübarizədə irəliləyişə məhz vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində nail olub.

Baş nazir, həmçinin bildirib ki, karantin qaydalarını pozanlar üçün cərimə 300 Yeni Zelandiya dollarından (212,7 ABŞ dolları) 4 min dollaradək (2,8 min ABŞ dolları) qaldırılacaq. Epidemioloji qaydaları pozan müəssisə və təşkilatların rəhbərləri isə 1 min Yeni Zelandiya dolları (709 ABŞ doları) əvəzinə 12 min dollar (8,5 min ABŞ dolları) cərimə ödəyəcəklər. Bununla yanaşı, sanitar qaydaları qəsdən pozanları məhkəmə hökmü ilə altı ay azadlıqdan məhrumetmə cəzası gözləyəcək.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yeni Zelandiyada virusa yoluxanların sayı 4095 nəfərə çatıb, onlardan 27-si həyatını itirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Gözlər Soçiyə dikilir: Nələr gözlənilir? - Beynəlxalq ekspertlər

SONRAKI XƏBƏR

Təhsil naziri Gəncə şəhərində səfərdədir