Vaksinasiyadan keçməyən müəllimlər tədrisə cəlb olunmur - RƏSMİ

"Təəssüf ki, hələ də vaksinasiyadan keçməyən təhsil işçiləri var. Həmin müəllimlər də təbii ki, tədrisə cəlb olunmurlar".

"Report" xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

İdarənin müdiri bildirib ki, bu məsələyə məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər.

O xatırladıb ki, müəllimlərin tədrisə cəlb olunması üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya immunitet, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır: "Əgər bir təhsil muəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin məktəbdə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub"

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bunun üçün nə imkanımız, nə də səbrimiz var - Ərdoğan

SONRAKI XƏBƏR

Bu bölgədə ciddi zəlzələ olacaq - Görür