Şagirdlər partada necə əyləşir: tək-tək, yoxsa ikisi birgə?

Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili bu gündən etibarən başlayıb.

Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, ötən tədris ilində pandemiya şəraiti nəzərə alınaraq sinif 2 qrupa bölünürdü və şagirdlər parta arxasında tək-tək əyləşdirilirdi.

Bəs bu il vəziyyət necədir? Şagirdlər parta arxasında hansı qaydada əyləşir?

Təhsil Nazirliyindən bildirilib ki, şagirdlər dərsdə bütöv sinif şəklində iştirak edəcəklərinə görə parta arxasında iki şagird birgə əyləşəcək.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İRAM rəhbəri: “Biz yeni regional sülh sistemini formalaşdırmalıyıq”

SONRAKI XƏBƏR

Qətər OPEC-ə qayıtmaq istəmir