Sumqayıtda ictimai nəqliyyatda reydlər keçirilib

Sumqayıtda ictimai nəqliyyatda reydlər keçirilib

Sumqayıtda ictimai nəqliyyat vasitələrində növbəti reydlər keçirilib.

Xeberle.com xəbər verir ki, yoxlamada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin nümayəndələri iştirak edib. Reyd zamanı müxtəlif marşrut xəttlərinin avtobusları dayandırılıb və sərnişinlərin tibbi maskadan istifadə edib etmələri yoxlanılıb.

Karantin qaydalarını pozaraq maskadan istifadə etməyən şəxslər nəqliyyat vasitələrindən düşürülüb və onlara qarşı qanuna uyğun tədbirlər görülüb. Həmçinin, həmin avtobusların sürücülərinə xəbərdarlıqlar edilib.

 

Mənbə: xeberle.com