Azərbaycana payız gəldi

Bu gün Bakı vaxtı ilə saat 23:21-də Azərbaycana payız fəsli daxil olub.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 21-ə qədər davam edəcək. Dekabrın 21-i saat 19:59-da qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətiricək (Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur).

Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya daha beş ölkə ilə uçuşları bərpa edir

SONRAKI XƏBƏR

"Yuventus"dan ilk qalibiyyət