Bakıda yəhudi məktəbi üçün yeni bina tikilir - FOTO

Bakıda yəhudi məktəbi üçün yeni bina tikilir - FOTO

Bakının Nəsimi rayonunda, paytaxtın tam mərkəzində “Ohr Avner Chabad Jewish Day School Azerbaijan” yəhudi məktəbi üçün yeni bir bina tikilir.

Caliber.Az xəbər verir ki, iki mərtəbəli bina Rəsul Rza və Dilyara Əliyeva küçələrinin kəsişməsində “Winter Plaza” binasının və aşkenazi-yəhudiləri üçün sinaqoqun yaxınlığında tikilir.

Tikinti sahəsinin məlumat lövhəsindəki məlumatlara görə, sinaqoqa bitişik olacaq yeni binanın sifarişçisi hazırda Bakının Xətai rayonu 8 Noyabr prospektində yerləşən məktəbin özüdür.

Binanın hündürlüyü 8,85 metr, ölçüləri 12,9 x 11,5 metr olacaq. Bina layihəsi dövlət ekspertizasından keçib, tikintinin 2022-ci ilin fevral ayında tamamlanması planlaşdırılır.

Mənbə: www.oxu.az