Qazaxıstan və Azərbaycan COVID-19 pasportlarının qarşılıqlı tanınmasını müzakirə edirlər

Qazaxıstan və Türkiyə qarşılıqlı əsasda COVID-19 pasportlarını tanıyıb.

Hazırda Qazaxıstan COVID-19 pasportlarının Azərbaycan, Argentina, İordaniya, İndoneziya, Mərakeş, Rusiya, Özbəkistan, Filippin və digər dövlətlərlə qarşılıqlı tanınmasına dair danışıqlar aparır.

AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gürcüstan, Macarıstan, Qırğızıstan, Moldova, Monqolustan, Tailand və Türkiyənin səlahiyyətli dövlət orqanları ilə peyvənd pasportlarının qarşılıqlı tanınması barədə notalar mübadiləsi aparılıb.

Bununla da, COVID-19 pasportları əsasında Qazaxıstan və yuxarıda qeyd olunan ölkələrin vətəndaşları karantin məhdudiyyətləri olmadan (PCR-testin verilməsi, özünütəcridetmə və s.) dövlət sərhədlərini keçə bilərlər.

XİN-in məlumatında bildirilib ki, Belarus, Vyetnam, Misir və Oman kimi ölkələrə səfər etmək üçün Qazaxıstan vətəndaşlarına sərhəd buraxılış məntəqələrində COVİD-19-a qarşı vaksinasiyanı təsdiq edən sənəd təqdim etmək kifayət olacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Şəhid və qazi övladlarının Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub

SONRAKI XƏBƏR

300 yaşlı qadının izlənmə rekordları qıran videosu - Möcüzə kimi həyat / VİDEO