Peyvənd olunmayan Azərbaycan vətəndaşları bu ölkəyə buraxılmayacaq

İsveçrə bazar ertəsindən etibarən COVID-19 əleyhinə peyvənd olunmayan xarici ölkə vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoyacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsveçrə hökumətinin məlumatında deyilir. Məhdudiyyətlər qoyulan dövlətlər Azərbaycan, Albaniya, Ermənistan, Bruney, Yaponiya və Serbiyadır. Qərar epidemioloji vəziyyətlə bağlı verilib və sentyabrın 27-nə keçən gecədən qüvvədə olacaq.

Qeyd edək ki, buna qədər İsveçrəyə giriş xüsusi qeydiyyat formasını təqdim etməklə həyata keçirilirdi. Belə ki, vaksin olunmayan şəxslər mənfi COVID test nəticəsi təqdim etməli idilər.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

2022-ci ildə pandemiya ilə mübarizəyə dövlət büdcəsində vəsait nəzərdə tutulub

SONRAKI XƏBƏR

Universitet basqınından sonra intihar edən Perm vilayəti İstintaq Komitəsi rəhbərinin son məktubu üzə çıxdı