Rusiyada Elbrus dağına qalxarkən yaralanmış turistlərin səhhəti yaxşılaşır

Rusiyada Elbrus dağına qalxarkən yaralanmış turistlərin səhhəti yaxşılaşır

Rusiyada Elbrus dağına qalxarkən yaralanmış turistlərin səhhəti yaxşılaşır.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Kabarda-Balkar Respublikasında Elbrus dağına qalxarkən kəskin hava şəraiti üzündən yaralanmış turistlərdən 7 nəfəri xəstəxanada müalicəsini davam etdirir. Onların vəziyyəti yaxşılaşmağa doğru gedir. Bu barədə Kabarda-Balkar Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 23-də 19 nəfərdən ibarət turist dəstəsi Elbrus dağına qalxmağa cəhd göstərib. Qrupun 5 üzvü soyuqdan donaraq, həlak olub. Faktla bağlı cinayət işi açılıb.

Fəridə Abdullayeva

Mənbə: azertag.az