Niderlandda “Vətən Müharibəsi” şəhidlərimiz yad edildi

Niderlanddakı Azərbaycan Türk Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Qarabağ zəfərimizin birinci il dönümü münasibəti ilə şəhədilərimiz anılıb.

ONN media bildirir ki, tədbir şəhitlərimizə bir dəqiqəlik hörmət duruşu ilə başladı. Sonra Den Haaq on dörd məhsumlar məscid imamı hörmətli Şeyx Məhmət Olgunla və Den Haaq Ehlibeyt məscidi imamı hörmətli Türkcan Akbal müəllimlərimizin Quran oxuması və duaları ilə davam etdi.

Bildirək ki, tədbirdə idarə heyətimizin üzvlərindən olan cənab Yasin Zeynallı təşkilatımızın Qarabağ müharibəsindəki işləri və hətta Azərbaycan ordusunun müharibə zamanı göstərdiyi qəhrəmanlıqlar nəticəsində geri aldığımız şəhərlər haqqında məlumat verdi.

Tədbirə qatılan Təşkilatımızın keçmiş prezidentlərindən Ferhat Ateş, Benelux Azərbaycanlıları konqresi sədri Elsevər Məmmədov Niderland Anavətən Xanımlar Cəmiyyətinin prezidenti Mayisə Ağamirzəyeva Gündoğdu xanım, Niderland Odlar Yurdu Cəmiyyətinin prezidenti Frəngiz Mir-Bağırova xanım və Real TV Hollandiya nümayəndəsi Xatirə Sərdarqızı bir sıra danışıqlar apararaq, şəhidlərimizə dualar göndərdi.

Tədbirin sonunda Hollandiyada Azərbaycan Türk Kültür Dərnəyinin başçısı İlhan Aşkın tədbirdə iştirak edən bütün dostlara, xüsusən də tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirdi.

Allah şəhidlərimizə rəhmət eləsin.

Onn.az

ƏVVƏLKİ XƏBƏR

"Barselona" 17 yaşlı futbolçunu istəyir

SONRAKI XƏBƏR

Naftalanda beşmərtəbəli yaşayış binasında yanğın olub