Uyğurlar kilsəni məscidə çevirdilər

Uyğurlar kilsəni məscidə çevirdilər

Kanadanın Toronto şəhərində yaşayan uyğur türkləri 1873 -cü ildə Troya şəhərində inşa edilən Karmel dağı kilsəsini məscidə çevriblər.

Axar.az xəbər verir ki, Kanada Uyğur Türkləri dərnəyinin baş katibi İtibar Arış bu barədə açıqlama verib.

Bildirib ki, satın aldıqları kilsə həm məscid, həm də Kanadalı Uyğur Türkləri İslam və Mədəniyyət Mərkəzi kimi xidmət göstərəcək.

Məscidin dirəyinə göy bayraq sancılıb.

Qeyd edək ki, 610 min Kanada dollarına satın alınan kilsə Ramazan bayramından əvvəl ibadətə açılacaq.

 

Mənbə: axar.az