Türkiyədən qayıdan Vətən Müharibəsi qazisi belə qarşılandı - VİDEO

"YAŞAT" Fondunun xəttilə Türkiyədə müalicə olunan Vətən Müharibəsi qazisi Alı Azər oğlu Qədirli iki həftəlik Azərbaycana, ailəsinin yanına gəlib.

Bizim.Media xəbər verir ki, 2020-ci il sentyabrın ayının 29-da çağırışla Vətənin müdafiəsinə yollanan Alı Qədirli oktyabrın 16-da Suqovuşanda gedən döyüşlərdə ağır qəlpə yarası alıb.

Onurğa beyni tam zədələnən, aşağı ətraflarında hissiyyat olmayan qazi 5 ay Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında müalicə olunub.


Qəlpə əməliyyat yolu ilə bədənindən çıxarılsa da müalicə tam effekt vermədiyindən "YAŞAT"ın xəttilə Türkiyəyə göndərilib. Martın 25-dən Türkiyənin Romanım xəstəxanasının İzmit şəhərindəki filialında müalicə olunan Alı Qədirli Vətən Müharibəsinin ildönümünü Azərbaycanda qeyd etmək istəyib.

23 yaşlı Vətən Müharibəsi qazisi doğulduğu Şəkinin Kiçik Dəhnə kəndində xüsusi coşqu ilə qarşılanıb. Kəndin girəcəyinin 5 km-liyində zurna sədaları altında pişvazına çıxılıb.

Qazini müşayiət edən avtomobil karvanı Kiçik Dəhnə kəndinin küçələrində çoxsaylı dövrə vurub. Alı Qədirli onu qarşılayanların əhatəsində əlil arabasında bir ildir görmədiyi 2 azsaylı körpəsinə qovuşub. Həmin vaxt kövrək anlar yaşanıb.


İki həftədən sonra Alı yenidən müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə göndəriləcək.

Aytəkin Alxaslı




 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Qənirə Paşayeva MM-də görüş keçirdi

SONRAKI XƏBƏR

Əlcəzair qəzetində Azərbaycanın bu ölkədəki diplomatının Anım Günü ilə bağlı məqaləsini dərc edilib