Ağacları kəsən şəxs cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lerik rayonu Siyov bələdiyyəsinin mülkiyyətinə aid ərazidə altı ağacın kəsildiyi müəyyən edilib.

“Qafqazinfo”nun xəbərinə görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Elşad Şəfiyev tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lerik Rayon Prokurorluğuna göndərilib”.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda 37 yaşlı kişinı bıçaqladılar

SONRAKI XƏBƏR

Həmkarlar Konfederasiyası Azərbaycan Diasporuna Dəstək Fonduna 30 min manat köçürüb