İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı - YENİLƏNİB

İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı - YENİLƏNİB

Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

***

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

Mənbə: qafqazinfo.az