Qış aylarının sərt keçəcəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində adiyyəti üzrə müvafiq müşavirələr keçirilib.Müşavirələrin əsas məqsədi rayonların müvafiq xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlərin müzakirəsidir.Ardıcıl olaraq bir neçə dəfə keçirilən bu müşavirələr qışın sərt keçəcəyi barədə müzakirələrin başlamasına səbəb olub.
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, proqnozlar öncədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki müvafiq qurumlar tərəfindən göndərilir:
"Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür. Son günlər ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar".
Həmçinin qeyd edilib ki, qışa hazırlıqla bağlı Bakının rayonlarlnda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi də qərara alınıb.
Mənbə: sfera.az