Azərbaycanda koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulub

Azərbaycanda koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulub

"Xroniki xəstəliyi olan, diabetdən əziyyət çəkən, immun çatışmazlığı, artıq çəkisi olan uşaqlar və bununla yanaşı 1 yaşa qədər uşaqlar koronavirusa yoluxma ilə bağlı böyük risk qrupunun içərisindədirlər. Onlar xəstəliyi ağır keçirə bilərlər. Hətta neonatal dövrdə də problem yaşayan körpələr olur".

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, əsas simptomlar - tənəffüs çatışmazlığı əlamətləri ön planda olur:

"Hətta tənəffüs çatışmazlığı əlamətləri o qədər güclü olur ki, süni tənəffüs aparatına qoşulma ehtiyacı da yaranır. Bir də postkovid dövründə (uşaq koronavirusu simptomsuz belə keçirsə) 2-6 həftə sonra bəzi uşaqlarda nadir hallarda ağır iltihab prosesi başlaya bilir. Məsələn bu iltihab ürək, böyrək və ağciyərlərdə fəsadlar yarada bilərlər".

Mənbə: big.az