Ana qızının sevgilisinə ərə gedir - Qız şokda - VİDEO

Ana qızının sevgilisinə ərə gedir - Qız şokda - VİDEO

Marisa adlı qız TikTok hesabında başına gələnləri paylaşıb və hər kəsi şoka salıb.

Milli.Az xəbər verir ki, belə ki, gənc qız birlikdə yaşadığı sevgilisinin anası ilə birlikdə olarkən onunla münasibət qurmağa başladığını və cütlüyün evlənmək qərarına gəldiklərini ifadə edib. Marisa bildirib ki, oğlanla orta məktəbdə tanış olub və nişanlanıb. Gənc daha sonra Marisanın evinə köçüb. Nişanlısı Marisa və gənc qızın anası və ögey atası evdə birlikdə yaşamağa başlayıb. Ailə birlikdə yaşamağa başladıqdan sonra gənc qızın anası və ögey atası boşanmaq qərarına gəlib. Bu vaxt anası ilə Marisanın nişanlısının münasibəti yaranıb.

Marisa anasına etdiklərinin səhv olduğunu söyləsə də, anası onu dinləməyib və qızının keçmiş nişanlısı ilə evlənmək qərarına gəldiyini deyib. Gənc qızın TikTok hesabında yayımladığı video milyonlarla baxış qazanıb.

Anar Əli

Mənbə: news.milli.az