Azərbaycanın Quru Qoşunları Laçında təlimlərə başladı

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq, oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qaxda koronavirus xəstəsi çayxanada aşkarlanıb

SONRAKI XƏBƏR

Harada boş maşın görsə, sürüb gəzirmiş - Bakıda maraqlı hadisə