Avropanın Ağıllı Turizm Paytaxtı adına namizədlərin SİYAHISI

Avropanın Ağıllı Turizm Paytaxtı adına namizədlərin SİYAHISI

Yeddi şəhər 2022 -ci ildə Avropanın Ağıllı Turizm Paytaxtı adı uğrunda mübarizə aparacaq.

Beləliklə, 2022 -ci ildə Avropa Ağıllı Turizm Paytaxtı olmaq üçün müraciət edənlərin qısa siyahısına yeddi şəhər daxil edildi: Bordo (Fransa), Dublin (İrlandiya), Florensiya (İtaliya), Lyublyana (Sloveniya), Palma (İspaniya), Valensiya (İspaniya), Venesiya (İtaliya).

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, bu şəhərlərin hamısı dörd kateqoriyada yüksək bal topladı: bütün turistlər üçün ətraf mühitin əlçatanlığı, təbiətə və ekologiyaya dost münasibət, rəqəmsal xidmətlər, mədəni irs və yaradıcılıq.

Qalib, mükafat olaraq şəhərin turizm markasını tanıtmaqda Avropa Birliyinin dəstəyini ala biləcək. Keçən il bu yarışmanın əsas mükafatını Avropanın iki şəhəri - Malaqa (İspaniya) və Geteborq (İsveç) qazandı.

Mənbə: news.milli.az