Sənaya təcavüzdə ittiham olunan şəxs SAXLANILDI

Sənaya təcavüzdə ittiham olunan şəxs SAXLANILDI

Siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüzdə ittiham olunan Əsgər Ağayev saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə S.Qəhrəmanlının anası Zümrüd Yağmur məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib. O, hadisənin 1 il əvvəl baş verdiyini yazıb. S.Qəhrəmanlı hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:

“İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam”.

S.Qəhrəmanlının iddiasına görə, xalasıoğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra təcavüz edib.

Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli ona etiraf etdiyini qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokuror Kamran Əliyev məsələni nəzarətə götürmüşdü.

 



 

Mənbə: qafqazinfo.az