Elnur Əşrəfoğlu 23 il əvvəl... - Onu Azərbaycana tanıdan veriliş + VİDEO

Elnur Əşrəfoğlu 23 il əvvəl...  - Onu Azərbaycana tanıdan veriliş + VİDEO

Tanınmış jurnalist Elnur Əşrəfoğlunun koronavirusdan dünyasını dəyişməsindən sonra yaxınları, dostları və tanışları sosial şəbəkədə onunla bağlı xatirələrini bölüşürlər.

“Qafqazinfo”nun məlumatına görə, Elnur Əşrəfoğlu daha çox 1994-cü ildə AZTV-də müəllifi olduğu “Sport Daycest” əyləncəli idman televiziya verilişindən sonra ölkədə məşhurluq qazanıb.

Bu məqamda 47 yaşında dünyasını dəyişən jurnalistin müəllifi olduğu “Sport Daycest” verilişinin 23 il əvvəlki buraxılışlarından birini təqdim edirik. Sözügedən buraxılış 1998-ci ildə çəkilib və burada Fransada keçirilən futbol üzrə dünya çempionatından bəhs edilib.

Bu mundialı canlı izləyənlər arasında Azərbaycan millisinin sabiq kapıtanı, hazırda isə “Zirə” futbol klubunun baş məşqçisi olan Rəşad Sadıqov da var.Həmin vaxt yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü olan R.Sadıqov Parisə mini-turnirin qalibi kimi yollanıb və Elnur Əşrəfoğluna açıqlama verib.

Mənbə: qafqazinfo.az