Moskvada 60 yaşdan yuxarı qocalar evdə qalacaq

Moskvada 60 yaşdan yuxarı qocalar evdə qalacaq

Koronavirusa yoluxmalarının artması ilə əlaqədar olaraq Moskvada yeni məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Belə ki, şəhər meri Sergey Sobyanin internet səhifəsindəki bir bloqunda bununla bağlı təcili tədbirlər görüləcəyini açıqlayıb.

Onun sözlərinə görə hələ sentyabr ayından Moskvada koronavirus insidansında yeni bir artım dövrünə daxil olub. Merə görə, bu ilin avqust ayı ilə müqayisədə sentyabrda yoluxma hallarının sayı dörd dəfə artaraq, hər həftə üçün təqribən 42 min nəfər edib.

O, hazırda 60 yaşdan yuxarı 3 milyon moskvalıdan yalnız 1.14 milyonunun peyvənd edildiyini də bildirib.

Sobyaninin sözlərinə görə, yeni antikidnik tədbirlərə görə, 25 oktyabrdan 25 fevrala qədər 60 yaşdan yuxarı moskvalılar və xroniki xəstəlikləri olan vətəndaşlar yenidən ev rejiminə riayət etməlidirlər. Eyni zamanda təmiz havada gəzintilər və bədən tərbiyəsi məhdud deyil. İşləyən vətəndaşların xəstəlik məzuniyyəti üçün müraciət etmək hüququna malik olduqları da göstərilir. Son altı ayda xəstəliyi olanlar və ya peyvənd olunanlar ev rejimindən azaddırlar.

Xatırladaq ki, son bir gündə Moskvada 5700 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanmış, 1598 nəfər xəstəxanaya yerləşdirilib ki, bunların da 73 nəfəri vəfat edib.

Ağasəf Babayev

Mənbə: sia.az