Bu qrip koronavirusdan da ölümcüldür - "Super qrip"in əlamətləri - VİDEO

Bu qrip koronavirusdan da ölümcüldür - "Super qrip"in əlamətləri - VİDEO

Dünyanı cənginə alan və hələ də səngimək bilməyən koronavirusdan daha da təhlükəli bir xəstəlik meydana gəlib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu “Super qrip” adlanır. Bu xəstəlik insanlarda COVID-19-a bənzər simptomlarla müşahidə edilir.

Həkimlərin sözlərinə görə, “Super qrip” baş, əzələ boğaz ağrısı, yüksək hərarət öskürək kimi əlamətləri olur və ölümcül fəsadlara gətirib çıxarır.

Son günlər bu xəstəliyə tutulanlar COVID-19-a yoluxduğunu zənn edir və xəstəxanalarda koronavirus testi etdirirlər. Nəticə isə mənfi çıxır.

Həkimlər hesab edirlər ki, bu xəstəliyin daha da geniş vüsət almaması üçün maska taxmaq vacibdir. Əks halda bu xəstəlik çoxala, hətta koronavirusla birləşmiş formada da özünü büruzə verə bilər.

Mənbə: baku.ws