Komitə sədri: “Azərbaycanda erkən nikah problemi hələ də mövcuddur”

“Dünyada gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngindən amillər Azərbaycanda da mövcuddur. Ölkəmizdə erkən nikah, selektiv abortlar problemləri hələ də mövcuddur”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda gender bərabərliyi ilə bağlı qanuna genderə həssas büdcə anlayışı əlavə ediləcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Erməni kənd başçısı: “Azərbaycanlılar əsla geri çəkilmək niyyətində deyillər”

SONRAKI XƏBƏR

Ağdamda məktəbdə kütləvi koronavirusa yoluxma qeydə alınsa da, məktəb bağlanmır