Ağdamda məktəbdə kütləvi koronavirusa yoluxma qeydə alınsa da, məktəb bağlanmır

Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagird heyəti arasında koronavirusa yoluxma halları artıb.

Oxu.Az-a daxil olan məlumatda iddia olunur ki, məktəbin müəllim və şagird heyəti arasında kütləvi yoluxmalar qeydə alınsa da, tədrisin distant formasına keçidlə bağlı heç bir qərar verilməyib.

Habelə iddia olunub ki, məsələ ilə bağlı məktəb rəhbərliyi Ağdam Rayon Təhsil Şöbəsinə məlumat versə də, bununla bağlı müvafiq qərar qəbul olunmayıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Komitə sədri: “Azərbaycanda erkən nikah problemi hələ də mövcuddur”

SONRAKI XƏBƏR

Göbələkdən zəhərlənib ölən uşaqlarla bağlı - RƏSMİ AÇIQLAMA