Bakıda yol polisi süni sıxlıqlarla bağlı gücləndirilmiş qaydada tədbirlərə başlayıb

Bakıda yol polisi süni sıxlıqlarla bağlı gücləndirilmiş qaydada tədbirlərə başlayıb

“Bakı Şəhər Dövlət Yol Polisi paytaxtın keçilməz yollarında tədbirləri gücləndirib”.

Bunu "Report"a açıqlamasında İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb: “Dəfələrlə paytaxt yollarının, piyada səkilərinin, yolların hərəkət istiqamətlərini zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər gündəlik təkrarlanır. Yol polisi yenidən günləndirilmiş tədbirlərə keçirib və bu proses davam edəcək”.

“Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”, - o vurğulayıb.

Mənbə: report.az