Nazirdən yeni rəis TƏYİNATI

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Nəbiyev Elşad Əhməd oğlu Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsinə təyinat alıb.

O, bu təyinata qədər Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi, polis mayoru Şaiq Ağayev öz ərizəsi ilə vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan vətəndaşları Ukraynada 2 minə yaxın şirkət yaradıb EKSKLÜZİV

SONRAKI XƏBƏR

Sumqayıtda kart böhranı - Sərnişinlərin işi daha da çətinləşdi