Azərbaycanda kişi arvadını başqası ilə tutdu: “Beş min manat verirəm, get...” - VİDEO

Şəki şəhərində ər arvadını başqa kişi ilə öz evində tutub.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Ev sahibi “qonağ”a hər şeyi etiraf etməyin qarşılığında ona zorakılıq göstərməyəcəyini vəd verib.

O qeyd edib ki, arvadı həmin şəxslə gedə bilər:

“Türkan, istəyirsənsə, mən halalığını verirəm, qoşum səni bunun qoluna, get. Beş min manat aliment verməyə hazıram”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, videoda görünən şəxslər və yaxınları bir -birilərindən qarşılıqlı şikayət ərizələri ilə Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət ediblər:

“Hazırda Polis Şöbəsində məsələ ilə əlaqədar araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

 

İlhamə Əbülfət

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Namiq Mayılov: “Dünyada çap məhsuluna dönüş tendensiyası duyulur”

SONRAKI XƏBƏR

Hindistanda xeyriyyə bazarında Azərbaycan mətbəxinin təqdimatı olub