Rusiyada koronavirusun yeni AY.4.2 növü aşkar edilib

Rusiyada koronavirusun yeni AY.4.2 növü aşkar edilib

Moskva, 21 oktyabr, AZƏRTAC

Rusiyada koronavirusun delta ştamının yeni AY.4.2 növü aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya İstehlakçıların Hüquqlarının Qorunması və İnsan Rifahı Sahələrinə Nəzarət Federal Agentliyinin (Rospotrebnadzor) Mərkəzi Elmi-Tədqiqat İnstitutundan məlumat verilib.

Delta ştamının yeni növü olan AY.4.2-nin dünyada sürətlə yayılması ehtimalı böyükdür. Rusiyada deltanın bu növünün xəstəliyin daha da artmasına səbəb olacağını istisna etmirlər.

Böyük Britaniyada hazırda deltanın AY.4.2 variantı sürətlə yayılmaqdadır və bu növün digər ştamlardan 10-15 faiz yoluxucu olduğu qeyd edilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az