Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb

Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb

Bakı. Humay Ağacanova -Trend:

Şəki rayonunun, Turan qəsəbəsində yerləşən nar bağında həyata keçirilən monitorinqlər zamanı nar meyvəyeyəni və onun zədəsi, meyvə milçəyi, eyni zamanda meyvə çürüməsi, antraknoz, alternarioz, aspergillioz kimi xəstəliklərə sirayətlənmə aşkar edilib.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Monitorinq zamanı nar bağında həyata keçirilməli olan düzgün aqrotexniki qulluq qaydaları, bitki mühafizəsi və karantini tədbirləri haqqında bağ sahibinə zəruri göstərişlər verilib.

Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Mənbə: az.trend.az