"Qızıl payız"ın rənglərinə bürünən şəhər içində "meşə" - FOTOREPORTAJ

Payız yarpaqların saralıb xəzan olduğu, təbiətin gözəlliyə büründüyü romantikanın fəslidir. Payız həm də arzuların, xəyalların fəsli hesab olunur, ruha sakitlik, duyğularımıza isə inanılmaz zövq verir. Payızın təbiətə bəxş etdiyi özünəməxsus gözəllikdən zövq almaq təbiət qoynunda gəzməyə istəyi daha da artırır. Paytaxtda ilin bütün fəsillərində özünün füsunkarlığını hiss etdirən məkan isə Mərkəzi Nəbatat Bağıdır.

Payız fəslində ayaqlar altında yarpaqların xışıltısını duymaq, xəyallara dalmaq, yenicə yağmış yağışın altında islanmaq hissinin verdiyi zövqü duymaq istəyənləri vizual olaraq şəhərin füsunkar "meşəsi"nə aparırıq.

Publika.az müxtəlif rəng çalarlarına bürünən ağacları seyr etmək, təbiəti duymaq, "qızıl payız"ın gözəlliyindən zövq almaq istəyənlər üçün Mərkəzi Nəbatat Bağından fotoreportajı təqdim edir:

Fotolar: Ceyhun Rəhimov

 

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilərlə yenidən kirvə ola bilərikmi? – “Bir müsəlman onlara kəsdirməz”

SONRAKI XƏBƏR

Naxçıvanda əməkhaqları artıb