Yüksək bal toplayıb Prezident təqaüdü qazanan Sevincin uğur hekayəsi - Video

Yüksək bal toplayıb Prezident təqaüdü qazanan Sevincin uğur hekayəsi  - Video

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə yüksək balla qəbul olunaraq Prezident təqaüdü qazanan, Lənkəran rayonu Boladı kənd sakini Sevinc Cabbarova uğur hekayəsindən bəhs edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Təhsil TV”yə danışıb.

“Bu yolda məqsəd qoydum. Dərslərimə diqqətlə yanaşdım, müəllimlərimin dediyi hər şeyi etdim. Dünya görüşümü artırmaq üçün çox kitab oxumağa çalışdım. Həm buraxılış, həm də qəbul imtahanlarında yüksək nəticələr göstərib Prezident təqaüdünə nail oldum”, - Cabbarova deyib.

Daha ətraflı aşağıdakı süjetdə:

Mənbə: qafqazinfo.az