Yasamal rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Yasamal rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Yasamal rayonunda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşIər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki mağazaların birindən 1315 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini R.Qasımov Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

Mənbə: azertag.az