COVID-19 vaksinləri "AY.4.2" ştamından qoruyur? - RƏSMİ AÇIQLAMA

Bildiyiniz kimi, koronavirusun yeni aşkarlanan "AY.4.2" ştamı dünyada sürətlə yayılır. Belə olan halda COVID-19-a qarşı vurulan vaksinlərin bu mutant ştamdan da qoruyub-qorumadığı vətəndaşlar arasında müzakirələrə səbəb olub.

TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə istifadə olunan vaksinlər bütün mutant ştamlara qarşı effektivdir:

"Ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "Delta plyus" ştamına qarşı effektivliyini qorumaqdadır".

Murad İbrahimli

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

“Qarabağ”ın sabiq futbolçusu: “Kayrat”la matçda qələbə heç nəyi həll etmir”

SONRAKI XƏBƏR

Akar Brüsselə getdi