Bu gün daha bir şəhidimizin anım günüdür - FOTO

Bu gün daha bir şəhidimizin anım günüdür - FOTO

Bu gün 44 günlük Vətən müharibəsinin 19 yaşlı şəhidi Məlik Zülfüqarovun şəhadətindən 1 il ötür.

Sonxeber.az-ın verdiyi məlumata görə, Bu gün səhər saatlarında İkinci Qarabağ müharibəsində, Füzulinin azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olan, Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini Zülfüqarov Məlik Kamran oğlunun məzarı önündə tədbir keçirilib.

Xatırladaq ki, Məlikin anası Yeganə Ədilova şəhid üçün dövlət tərəfindən ayrılan 10 min manat məbləğindəki vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Aysel Səfərzadə

 

 

Mənbə: sonxeber.az