Polislə mübahisə edən sürücü belə saxlanıldı - Video

Polislə mübahisə edən sürücü belə saxlanıldı  - Video

Bakıda sürücünün yol polisi ilə əlbəyxava dava etməsi ilə bağlı rəsmi açıqlama verilib.

Bakı DYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Mirzəağa Əliyev küçəsində piyadaların hərəkətinə yol vermədiyi üçün 1996-cı il təvəllüdlü Bakı şəhəri, Səbail rayon sakini Nihad Sadiqova yol polisi tərəfindən saxlanılma işarəsi verilib: “Tabesizlik göstərən sürücü sənədlərini təqdim etmək əvəzinə nəqliyyat vasitəsinə əyləşib, yüksək sürətlə ərazidən uzaqlaşıb.

Paytaxtın S.Vurğun Neftçilər prospekti boyunca, Azneft dairəsi istiqamətində dəfələrlə yol hərəkəti qydalarını kobud şəkildə pozub.

Daha sonra Axundov parkının yaxınlığında saxlanılan N.Sadiqov yol polisi əməkdaşlarına tabesizlik göstərib və aydın olub ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi də olmayıb.

Şəxs Səbail Rayonu ərazisində polis bölməsinə təhvil verilib. Barəsində qanuni tədbirlərin görülməsi üçün toplanmış material aidiyyatı üzrə məhkəməyə təqdim olunacaq”.

Mənbə: qafqazinfo.az