Həkim ölümcül dərmanları sadaladı

Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov ürək üçün ən zərərli dərmanları sadalayıb.

Həkim deyir ki, ən kardiotoksik dərmanlar kemyaterapiya dərmanlarıdır. Xərçənglə mübarizə üçün istifadə olunan ən əsas dərmanlar birbaşa kardiotoksik təsir göstərir.

"Yəni dərmanı təyin edərək ürəyə zərər verdiyimizi anlayırıq. Biz bu xəstələri dərhal kardioloqun müşahidəsinə göndəririk. Bilirik ki, bu yan təsirlərin 70 faizi ürəkdə olacaq. Amma biz insanların həyatını xilas etməliyik", - deyə mütəxəssis bildirib.

Həkim ibuprofen, diklofenak və indometazin kimi qeyri-steroid iltihab əleyhinə dərmanların ürəyə zərər verə biləcəyini də vurğulayıb. Onlar təzyiqi artıra, damar böhranlarına və infarktlara səbəb ola bilərlər. Həkim qeyd edib ki, ürək çatışmazlığı halında bu dərmanlar birbaşa əks-göstərişdir:

"Buna görə də bu dərmanlar ürək xəstələrinə və yaşlılara verilməməlidir. Ya da həkim nəzarəti altında çox diqqətlə verilməlidir".

O vurğulayıb ki, qeyri-steroid iltihab əleyhinə dərmanların reseptsiz sərbəst satılanları ürək üçün ən təhlükəli olanlardır:

"Onların nə qədər adamı öldürdüklərini bilmirik".

Bundan əlavə, mütəxəssisin fikrincə, antibiotiklər aritmiyalara səbəb ola və eyni zamanda, digər orqanlara da bir çox əks təsir göstərə bilər.

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycandakı Rus İcmasının sədr müavini Xocavənddən paylaşım etdi - FOTO

SONRAKI XƏBƏR

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub