Bakı metrosundakı dəhşətli qəzadan 26 il keçdi

Bakı metrosundakı dəhşətli qəzadan 26 il keçdi

Bu gün Bakı metrosunda baş verən qəzadan 26 il ötür.

Minval.info xatırladır ki, 1995-ci il 28 oktyabrda “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı qatarların toqquşması çoxlu sayda insan tələfatı ilə nəticələnib. Belə ki, 126 qadın, 28 uşaq, 3 xilasedici olmaqla, 289 nəfər həlak olub, 270 nəfər isə yaralanıb.

Aparılan istintaqdan sonra qəzanın qatarı idarə edən sürücünün səhvi nəticəsində baş verdiyi məlum olub. Sürücü yanğın başlayan zaman qatarı tuneldə saxlayıb. İnsanlar isə təlaş içində vaqonlardan çıxaraq qaçmağa başlayıblar. Havaçəkmə sistemi isə yaxşı işləmədiyinə görə görə tuneldəki insanlar havasızlıqdan, eləcə də ayaqlar altında qalaraq həlak olublar. Qatarda olanların əksəriyyəti isə zəhərli tüstüdən boğularaq ölüb.

Hadisədən sonra Heydər Əliyevin sərəncamı ilə ölkə ərazisində 3 günlük ümumilli matəm elan olunub və qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin olunub.

Qeyd edək ki, bu hadisə “Ginnesin rekordlar kitabı” na dünyada ən böyük metro qəzası olaraq düşüb.

Mənbə: minval.info