YAP Gənclər Birliyinin nümayəndə heyəti Ukraynada səfərdədir

YAP Gənclər Birliyinin nümayəndə heyəti Ukraynada səfərdədir

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavini Fəsli Nəbiyev, üzvlər - Ülkər Qəhrəmanova, Hüseynxan Hacızadə və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Hülya Məmmədlidən ibarət nümayəndə heyəti hakim “Sluqa Narodu” partiyasının gənclər qolu olan “Ze!Molodijka” təşkilatının dəvəti ilə Ukraynada səfərdədir.

 

Səfərin məqsədi YAP Gənclər Birliyi ilə “Ze!Molodijka” təşkilatı arasındakı mövcud əlaqələrin daha da gücləndirilməsi, münasibətlərinin dərinləşdirilməsidir.

 

Oktyabrın 30-dək davam edəcək səfər çərçivəsində YAP Gənclər Birliyi və “Ze!Molodijka” təşkilatı arasında Əməkdaşlıq haqqında Memorandum imzalanacaq. Həmçinin “Gənclər arasında təcrübə mübadiləsi” mövzusunda dəyirmi masa təşkil olunacaq. Xarkov şəhər meriyasının rəhbərliyi, Azərbaycanın Xarkovdakı Fəxri Konsulu Əfqan Salmanov, Ukraynanın Gənclər və İdman nazirinin müavini Marina Popatenko ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.

Mənbə: faktor.az