Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

Bakıda daha bir məktəb distant tədrisə keçib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a bildirilib ki, 212 nömrəli tam orta məktəbin 6 müəllimi və 5 şagirdində COVID-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edək ki, əyani tədris bərpa olunandan bu günə qədər Bakıda və regionlarda şagird və müəllimlərin koronavirusa yoluxması səbəbindən bir çox təhsil müəssisəsində dərslər distant formaya keçirilib.

Mənbə: report.az