Koronavirus dərmanlarından istifadə edənlər vaksin vurdurmayacaq? - AÇIQLAMA

Koronavirus dərmanlarından istifadə edənlər vaksin vurdurmayacaq? - AÇIQLAMA

Dünyada koronavirus xəstəliyinin müalicəsində istifadə ediləcək yeni dərman preparatlarının hazırlanması barədə məlumatlar yayılır.

BAKU.WS xəbər verir ki, bu dərmanlardan istifadənin gələcəkdə vaksinasiyanın ikinci plana keçməsi ehtimalını yaradıb.

Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova "ARB24"də yayımlanan "Nə baş verir?" verlişində qonaq olarkən bu ehtimalı qiymətləndirib:

"Xətəliyi keçirənlərlə vaksin vurduranların immuniteti müqayisə olunarkən ikincilərdə qazanılan immunitet birincilərə nisbətdə 5 dəfə çoxdur. Vaksinasiya xəstəliyi keçirmiş olsanız belə daha ağır xəstəliyə yoluxmaqdan qoruyur".

Mənbə: baku.ws