"Antitel yaranmayan bu şəxslər virusa yoluxmur" - Professor açıqladı

"Antitel yaranmayan bu şəxslər virusa yoluxmur" - Professor açıqladı

Məlumdur ki, peyvənd olunan şəxslərin orqanizmində virusa qarşı antitellər yaranır.

Səbəb peyvənd zamanı orqanizmə çox az miqdarda ölü virus yükünün daxil edilməsidir. Lakin hər kəsdə peyvənd olunduqdan sonra antitel yaranmaya da bilər. Bunun da müxtəlif səbəbləri var. Antitel yaranan insanların virusa yenidən yoluxduğu halda xəstəliyi yüngül keçirməsi deyilir. Bununla yanaşı, neçə doza peyvənd alsa da antitel yaranmayan insan qrupları da var.

Virusa yoluxmaq onlar üçün nə qədər təhlükəlidir?

Mövzu ilə bağlı Cebhe.info-ya professor, tibb eksperti Adil Qeybulla danışıb.

O, ilk olaraq antitel testi aparılarkən laboratoriyanın etibarlılığının da mühüm olduğunu nəzərə çatdırıb:

"Əgər doğrudan da testin nəticəsi mənfidirsə, yəni şəxdə antitel yaranmayıbsa, bu iki şeyə işarədir. Ya vurulan vaksinin keyfiyyət parametrlərinin yetərincə olmaması, şəxsin immun sistemini qıcıqlandırmaması, bir də interferonun (İnterferon orqanizm tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. İnterferonların əsas funksiyası orqanizmin toxumalarının sağlam hüceyrələrinin virusa yoluxmasının qarşısını almaqdır-müəll.) orqanizmdə kifayət qədər yüksək olması. Çünki interferon yüksək səviyyədə olanda xəstəlik demək olar ki, subklinik (gizli) formada keçir. Virusa yoluxmuş şəxsdə əlamətlər yarada bilmir".

Professorun fikrincə, əgər şəxs iki dəfə vaksin olunubsa və antitel testi yenə də mənfidirsə, bu, orqanizmdə interferonun səviyyəsinin yüksək olması deməkdir:

"Bu, o deməkdir ki, həmin şəxslərin virusa davamlılığı yetərincədir. İstənilən halda kollektiv immunitetin yaranması çıxış yoludur. İnterferonun səviyyəsi yüksək olan insanlar- hansılarda ki, xəstəlik subkliniki formada, yəni əlamətsiz keçir- həmin şəxslər özləri də kollektiv immunitetin bir iştirakçısıdır. Həmin şəxslərin immun sistemi kifayət qədər formalaşıb ki, virus onları yoluxdurmur, təbii ki, təbii ki, onlar da kimisə yoluxdurmur, infeksiya zənciri qırılır".

Şəlalə Babayeva

Mənbə: cebhe.info