Ürəyində qəlpə daşıyan qazi İsveçrədə əməliyyat olunacaq: "Donor axtarılır"

Ürəyində qəlpə daşıyan qazi İsveçrədə əməliyyat olunacaq: "Donor axtarılır"

Müharibədə könüllü döyüşərək qazi olan Qəbələ rayon sakini Elçin Səmədovdan xəbər var.

Cebhe.info xəbər verir ki, Suqovuşan kəndində döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanan, Vətən müharibəsindən "ürəyində qəlpə daşıyan qazi" kimi yadda qalan Elçin qaraciyərindən əməliyyat olunacaq. Bu barədə saytımıza qazinin anası Vüsalə Səmədova danışıb.

Vüsalə xanım bildirib ki, "YAŞAT" Fondunun dəstəyi ilə qaraciyərində 8 ədəd qəlpə aşkarlanan Elçinə qaraciyər köçürülməsi əməliyyatı aparılacaq: "Donor hazırda yoxdur. Biz də ona qaraciyər əməliyyatında iştirak edəcək donor axtarırıq".

Qazinin anası Vüsalə Səmədova bildirib ki, hazırda Elçin qaraciyərindən əlavə, ağciyərində 1, onurğasında və ürəyinin arxa divarında da 1 ədəd olmaqla qəlpə daşıyır.

Şəlalə Babayeva

Mənbə: cebhe.info