Uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməlidir - Ombudsman

Uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli, bundan əziyyət çəkməməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Karabakh Memorial” internet resursunun təqdimat mərasimində deyib.

Ombudsman bildirib ki, hazırda uşaqlar müəyyən təhlükələrlə qarşılaşırlar. Ermənistan beynəlxalq hüququn bir çox normalarını kobud şəkildə pozub. Lakin Ermənistana qarşı beynəlxalq miqyasda heç bir tədbir görülməyib.

"UNİCEF-in hesabatlarında Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən münaqişə nəticəsində qətlə yetirilən azərbaycanlı uşaqların sayı, harada qətlə yetirilməsi ilə bağlı faktlar göstərilməyib. Bununla bağlı tərəfimizdən UNİCEF-ə etiraz edilib və Ermənistanın təcavüzünün nəticələri ilə bağlı faktaraşdırıcı missiyanın keçirilməsi təklif olunub” - deyə, o bildirib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda yeni nəsil elektron imza üzrə texniki işlər yekunlaşır

SONRAKI XƏBƏR

Bakı məktəblərində koronavirusla bağlı durum açıqlanıb