Çexiyada fövqəladə vəziyyət tətbiq olunacaq

Çexiyada fövqəladə vəziyyət tətbiq olunacaq

 

Çexiyada noyabrın 26-dan etibarən koronavirusun sürətlə yayılmasıyla əlaqədar respublika ərazisində 30 gün müddətinə fövqəladə vəziyyət tətbiq ediləcək.

Bu barədə yerli KİV ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yaxın vaxtlarda tətbiq ediləcək yeni sanitar və epidemialoji təhlükəsizlik tədbirləri mövzusunda mətbuat konfransı keçiriləcək.

Mənbə: TASS

Mənbə: www.oxu.az