Avropada koronavirusa qarşı peyvənd 470 minə yaxın insanı xilas edib

Avropada koronavirusa qarşı peyvənd 470 minə yaxın insanı xilas edib

Avropanın 33 ölkəsində koronavirusa qarşı peyvənd 60 və daha yuxarı yaş qrupunda 469 186 nəfərin həyatını xilas edib.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun apardığı tədqiqat sübut edir.

Tədqiqat Avropa İttifaqınin 23 ölkəsində, o cümlədən İslandiya, Norveç, Böyük Britaniya, İsveçrə, Şimali Makedoniya, Monteneqro, Moldova, Ukraynada aparılıb.

ÜST-ün Avropa bürosunun direktoru Hans Klüge bildirib ki, bəzi ölkələrdə peyvəndlər olmadan ölənlərin sayı indiki ilə müqayisədə iki dəfə çox olacaq. Bu səbəbdən risk altında olan insanların ən qısa zamanda peyvənd olunması vacibdir.

Mənbə: report.az