Çilidə üç yaşından uşaqlara "Sinovac" peyvəndi ilə vaksin olunmağa icazə verilib

Bakı. Trend:

Çili İctimai Sağlamlıq İnstitutu (İSİ) 3 yaşından uşaqları peyvənd etmək üçün Çin istehsalçısı "Sinovac" tərəfindən hazırlanan "CoronaVac" peyvəndinin istifadəsinə icazə verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Nazirlik bildirib: "Bu cümə axşamı İSİ 3 yaşından uşaqları peyvənd etmək üçün "CoronaVac" dərmanın istifadəsinə icazə verdi ki, bu da peyvənd kampaniyasını təxminən 600.000 azyaşlıya qədər genişləndirəcək".

İnstitutdan qeyd olunub ki, qərar Sinovac-ın apardığı araşdırmanın nəticələrinə əsasən qəbul edilib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Apple” istifadəçilərini haker hücumları barədə xəbərdar edəcək

SONRAKI XƏBƏR

Cəhənnəmi görən qadın: “Bir otağa girdim, oradakı qadınlar…” – İnanılmaz iddia