Fransanın Təhsil və Gənclər Nazirliyi azərbaycanlı müəllimləri təltif edib

Azərbaycanlı müəllimlər Fransa Təhsil və Gənclər Nazirliyi tərəfindən təltif olunub.

Tehsil.biz-in xəbərinə görə, Azərbaycanda fransız dilini tədris edən müəllimlərin təltif olunması ilə bağlı Fransanın Azərbaycandakı səfirliyi mərasim təşkil edib.

Təltifetmə mərasimində Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib.

Səfir bildirib ki, təltif olunan şəxslər fransız dilinin təbliğində, Fransa-Azərbaycan arasında əməkdaşlıqda rol oynayan şəxslərdir.

"Fransa Təhsil Nazirliyi bu müəllimlərin əməyini qiymətləndirmək istədi. Bu axşam bu tətifetmə mərasimi Fransa Təhsil Nazirliyinin təşəkkürüdür", deyə o bildirib.

Çıxışında Fransa ilə Azərbaycan arasında akademik sahədə əməkdaşlığa toxunan fransız diplomat UFAZ-ın rolunu yüksək qiymətləndirdiyini deyib.

Daha sonra Bakı Fransız Liseyinin təhsil müşaviri Gülşən Nağızadə və Bakı Dövlət Universitetinin fransız dili müəllimi, Xədicə Abdullayeva, fransız dili müəllimləri Mahirə Şükürova, Rafiq Mikayılov Akademik Palma Ordenin Cəngavər dərəcəsi ilə, UFAZ-ın direktoru Vazeh Əsgərov Akademik Palma ordeninin Zabit dərəcəsi ilə təltif olunublar.

Təltif olunan şəxslər çıxış ediblər. 

Tehsil.biz

ƏVVƏLKİ XƏBƏR

Onu oğurlamaq istəyən şəxsin əlindən qurtulan 5-ci sinif şagirdi: Uzun boy idi, üzünü... - VİDEO

SONRAKI XƏBƏR

İranlı mühacir Norveç parlamentinin sədri seçildi