Vətən müharibəsinin iki şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb

Vətən müharibəsinin iki şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb

Bakının Biləcəri qəbristanlığında və Abşeron rayonu Ceyranbatan qəbiristanlığında dəfn edilmiş 2 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb. Ordu.az-ın məlumatına görə, məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, optimal həll yolu müəyyən edilib.

Şəhid gizir Xisrovzadə İlkin Azay oğlu və Mikayılov Cəbrayıl Valeh oğlunun nəşləri Yasamal rayon qəbiristanlığında dəfn olunub.
 

 

Mənbə: ordu.az